Tramp: "Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur"

2025/01/1737651707.jpg
Oxunub: 466     21:10     30 Yanvar 2025    
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Vaşinqton  


Bizi "telegram"da izləyin