KİV: Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlər konfederasiyasına qoşulub

2025/01/1736226705.jpg
Oxunub: 667     19:17     30 Yanvar 2025    
Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlərinin Birləşmiş Konfederasiyasının (CIOR) üzvü olub.

Ordu.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.

Məlumata görə, Ukraynanın üzvlüyünün lehinə NATO ölkələrinin ehtiyatda olan zabitlər assosiasiyalarının rəhbərləri səs veriblər. Ukrayna CIOR-a Ukrayna ehtiyatda olan zabitlər və veteranlar assosiasiyası vasitəsilə qoşulub.

Nəşr vurğulayır ki, qoşulma prosesini müdafiə nazirinin müavini, ədliyyə briqada generalı Sergey Melnik dəstəkləyib və əlaqələndirib.

Qeyd edək ki, CIOR 1948-ci ildə - NATO-nun yaradılmasından bir il əvvəl təsis edilib. NATO-nun tərəfdaşları arasında yalnız Ukrayna, İsveçrə və Avstriya Birləşmiş Konfederasiyanın üzvləridir. Qoşulma barədə rəsmi şəkildə yanvarın 31-də elan ediləcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin