Rusiyanın Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

2025/01/1738219349.jpg
Oxunub: 767     17:48     30 Yanvar 2025    
Ötən gecə Rusiyanın Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Ordu.az-ın “Unian“a istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorunun Ofisindən məlumat verilib.

Bildirilib ki, son olaraq dağıntılar altından 4 meyit çıxarılıb.

***

Ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələr nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, səhər saatlarında iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.

Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da cəlb olunduğu müvəqqəti qərargah təşkil edib.

Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sumı  


Bizi "telegram"da izləyin