Kanada yüksək hündürlükdə uçan PUA-sını təqdim edib

2025/01/1738132892.jpg
Oxunub: 536     16:20     30 Yanvar 2025    
“Landing Zones Canada” dünyanın ilk yüksək hündürlükdə hava şarından buraxılan Pilotsuz Uçuş Aparatının (PUA) uğurla sınaqdan keçirildiyini elan edib.

Ordu.az xəbər verir ki, “Eagle” adlı PUA müşahidə, kəşfiyyat məlumatlarının toplanması, radioelektron mübarizə və dəqiq hücumlar kimi uzun mənzilli taktiki və əməliyyat tələbləri üçün nəzərdə tutulub.

O, tam avtonom və “human-in-the-loop” konfiqurasiyalarında işləyə bilər.

Sistemin stelslik xüsusiyyətləri düşmən hava məkanında sağ qalma qabiliyyətini artırır, eyni zamanda missiya tələblərindən asılı olaraq supersəs sürətlərindən aşağı səyahət sürətlərinə asanlıqla keçid üçün dəyişkən qanad profilinə malikdir.

Bildirilib ki, sistem yer səthindən 50 kilometrdən çox hündürlükdə olan stratosfer yüksəkliyində uçur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   PUA   Eagle  


Bizi "telegram"da izləyin