Almaniya ordusu “Rheinmetall”dan 568 ədəd hərbi logistika vasitəsi sifariş edib

2025/01/2025--1738132848.jpg
Oxunub: 926     13:52     30 Yanvar 2025    
Almaniya ordusu “Rheinmetall”dan ümumi dəyəri 330 milyon avro olan 568 ədəd hərbi logistika vasitəsi sifariş edib.

Ordu.az xəbər verir ki, bu barədə “Rheinmetall” şirkətinin sosial media hesabında bildirilib.

Paylaşıma görə, Almaniya ordusu logistika məqsədləri üçün standart konteynerləri daşıya bilən 349 ədəd UTF (“Unprotected Transport Vehicles” - Müdafiəsiz Taşıma Vasitəsi) və 219 ədəd “swap-body” olaraq adlandırılan yük maşını sifariş edib.

349 ədəd sifarişə 5 tonluq və 15 tonluq modellər daxildir. Bildirilib ki, konteyner daşıyan yük maşınlarından 121-də mühafizəli sürücü kabinəsi olacaq. UTF və konteyner daşıyan yük maşınları “Rheinmetall”ın HX avtomobil ailəsinə əsaslanan variantlardır.

Verilən açıqlamaya görə, hər iki sifarişin ümumi dəyəri 330 milyon avrodan çoxdur. UTF yük maşınları 2026-cı ildə, konteyner daşıyan yük maşınları isə 2025-ci ilin noyabr ayına qədər təhvil veriləcək.

Bu çərçivədə vəsaitlər 2024-cü il dekabrın 18-də Almaniya parlamentinin büdcə komitəsi tərəfindən təsdiqlənib. Həmçinin 2024-cü ildə “Rheinmetall” MAN Bundesverə 2000-dən çox HX hərbi yük maşını (WLS, UTF, SaZgM) tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin