ASELSAN 2024-cü ilə bir çox uğurları sığdırdı – Ahmet Akyoldan DETALLAR

2025/01/1736757656.jpg
Oxunub: 676     16:38     13 Yanvar 2025    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti ASELSAN 2024-cü ili müxtəlif maddələrdə bir çox uğurlara imza ataraq geridə qoydu.

ASELSAN-ın Baş direktoru Ahmet Akyol ASELSAN-ın 2024-cü il nailiyyətlərini nümayiş etdirən bir video paylaşıb.

Paylaşımda aşağıdakı ifadələr yer alıb:

Mühəndislik gücümüzlə 2024-cü ilə damğa vurduq.


30 məhsulumuz üzrə ilk dəfə ixrac müqaviləsi imzaladıq. İlk dəfə olaraq 7 yeni ölkəyə ixracat həyata keçirdik. İlk dəfə olaraq istifadəçilərimizə 29 yeni məhsul təqdim etdik. Yerli şirkətlərimizlə birlikdə 106 məhsulu milliləşdirdik. İstər ölkə daxilində, istərsə də xaricdə tədarüklər və yeni sifarişlər baxımından tariximizdə ən yüksək göstəricilərə çatdıq. “Defense News Top 100” siyahısındakı şirkətlər arasında dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə şirkətindən biri olduq.

ASELSAN 2024 Z Hesabatı:

İstehsal/Tədarüklər

“Çelik Kubbe” təbəqəli Hava Hücumundan Müdafiə (HHM) konsepsiyamızı ölkəmizə təqdim etdik, maraqlı tərəflərimizlə birlikdə istehsalı və inkişafı davam etdirdik. “Hisar” HHM Sistemlərinin kütləvi istehsal fəaliyyətləri çərçivəsində yeni batareyaların tədarükünü davam etdirdik.

“Korkut” Yaxın HHM Sistemlərinin kütləvi istehsalı fəaliyyətləri çərçivəsində son istifadəçilərimizə yeni batareyalar təqdim etdik. “Gökdeniz” HHM Sisteminin istifadə olunduğu ölkələrin sayını artırdıq. “Gürz” Hibrid Yaxın HHM Sistemimizin kütləvi istehsal fəaliyyətləri üzərində işə başladıq.

Türkiyənin kritik obyektlərində “İhtar” Pilotsuz Uçuş Aparatı (PUA) Sistemlərinin quraşdırılmasına davam etdik. Hərbi Dəniz Qüvvələrimizə (HDQ) təhvil verilən TCG “İstanbul”, TCG “Derya” gəmilərini, yarımömür modifikasiyası həyata keçirilən TCG “Oruçreis” gəmisini və ilk səfərinə çıxan TCG “Akhisar”ı ASELSAN texnologiyaları ilə təchiz etdik.

“Akıncı”, “Aksungur”, TB2, “Anka” kimi oyun dəyişdirici zərbə PUA-larımızı elektro-optika, rabitə, Radioelektron Mübarizə (REM), idarəolunan sursat və naviqasiya sistemləri ilə təchiz etdik. ASELSAN-ın avionik sistemi ilə uçan “Gökbey” helikopterləri Jandarmamıza təhvil verildi.

Ordumuzun inventarına modernləşdirilmiş M60T tanklarını və Zirehli Döyüş Vasitələrini (ZDV) əlavə etməyə davam etdik. TÜRKSAT 6A peykimiz öz missiyasına ASELSAN tərəfindən hazırlanmış “Ku”-Diapazon və “X”-Diapazon LOCUS rabitə yükləri ilə başladı. Beləliklə, dənizin dərinliklərindən tutmuş kosmosun dərinliklərinə qədər bütün platformalara kommunikasiya həlləri təklif edə bildik.

Milli siqnalizasiya sistemimiz “COBaLT” CITYLINE-ın istifadə olunduğu İstanbul Hava Limanı Metrosu “Kağıthane-Gayrettepe” mərhələsi istifadəyə verildi. “COBaALT” ONBOARD Milli Vasitə Üstü Siqnalizasiya Sistemini 99 yeni qatar dəstinə qədər genişləndirmək üçün işə başladıq.

Sərhəd təhlükəsizliyi həllərimizin quraşdırılmasını davam edərək, 2000 kilometri aşacaq şəkildə genişləndirdik. Şəhər təhlükəsizliyi fəaliyyətlərimiz çərçivəsində süni zəka ilə dəstəklənən ODAKAN yaxa kamerası və təhlükəsizlik kameralarının tədarükünə davam edərək, inventardakı yerli təhlükəsizlik kamerası sayımızı 250 mindən çoxa qədər artırdıq.

Fəlakət və fövqəladə hallar zamanı fasiləsiz əlaqəni təmin edən İctimai Təhlükəsiz Rabitə Sistemlərimizin 81 vilayətdə quraşdırılmasına davam etdik. Beləliklə, istifadə olunan rəqəmsal radiostansiya sayını 200 mindən çoxa qədər artırdıq.

İlk dəfə inventara daxil olan məhsullar

“Siper” Uzun Mənzilli HHM Sistemimizi ilk dəfə olaraq qəhrəman ordumuza təhvil verdik. Ordumuzun inventarına ilk Portativ Erkən Xəbərdarlıq Radar Sistemi “Alp” 300-G-ni əlavə etdik. “Marlin” Silahlı İnsansız Dəniz Platforması (SİDP) HDQ-mizin inventarına daxil olan ilk SİDP oldu.

“Albatros-S” Sürü İnsansız Dəniz Platforması (İDP) və “Albatros” Kamikadze İDP-si HDQ-mizin inventarına daxil oldu. Türkiyənin oyun dəyişdirici üfüqdən kənar sonarı DÜFAS-ı “Mavi Vətən”ə (Türkiyədəki dənizlər-red.) qazandırdıq. TCG “Sakarya” sualtı qayığımıza inteqrasiya etdiyimiz “Fersah” ailəmizə aid 6 fərqli sonar inventara daxil oldu.

AREAS 2-NC və ARES 2-N/NGE Dəniz REM Sistemlərinin ilk tədarüklərini etdik. PUHU 3-LT REM Sistemlərimizi istifadəçilərimizə təqdim etdik. REM Podumuz ANTIDOT 3-U-nun ilk tədarüklərini etdik. TCG “Pirireis”ə inteqrasiya etdiyimiz “AcroSAT X38-S” ilə ilk dəfə sualtı qayığa rabitə sistemi həllini təklif etdik. ASELFLIR 500 və ASELFLIR 410 elektro-optik sistemlərimizi ilk dəfə olaraq inventara qazandırdıq.

“Dragoneye-2” Elektro-Optik Sensor Sistemini ordumuza təqdim etdik. Yeni nəsil uzun mənzilli termal kameramız olan “Odakan” IP UMA8T5-i ilk dəfə olaraq inventara qazandırdıq. Eyni anda 8 hədəfə qədər atış icra edə bilən “Tolun” İdarəolunan Sursatımız qəhrəman ordumuzun inventarına daxil oldu. Türkiyənin rabitə təhlükəsizliyində mühüm yeri olacaq Milli Monitor Sistemini təhvil verdik.

“AcroSAT Ku120-M Ku” Diapazon Dəniz Peyk Rabitə Terminalını və “AcroSAT Ku240-Center” Peyk Rabitə Yerüstü Terminalını inventara qazandırdıq. İlk dəfə yüksək dəqiqliklə tanıma icra edə bilən yeni nəsil GEKO Vasitə Tanıma Sistemini təqdim etdik. ASELSAN Mobil Rəqəmsal Rentgen Cihazı ADR-M100 ilk dəfə Hacettepe Universiteti Tibb Fakültəsində istifadə edilməyə başladı.

Türkiyənin ilk milli SCADA sistemi olan “GridMENTOR” neft boru kəmərlərimizdə istifadəyə verdildi. MİRSAD AI Quru Komanda-İdarəetmə sistemimiz ilk dəfə baza ərazilərində istifadəyə verildi.

Vacib Fəaliyyətlər/Texnoloji İnkişaflar

“Siper Ürün-2” HHM Sistemimizin atışlarına davam etdik. “Hisar O” HHM Sistemimizin uzun mənzil atışını uğurla həyata keçirdik. “Hisar-D” HHM Sistemimizin ilk atışını TCG “İstanbul”dan həyata keçirdik. “Korkut” 150/25, “Bukalemun”, “Kangal” FPV və “SEDA 100-cUAV” kimi PUA ovçusu sistemlərini və ATOM 25 sursatını ilk dəfə SAHA İstanbulda nümayiş etdirdik.

“Korkut” 100/35 Yaxın HHM Sistemimizin təkərli vasitə versiyasını beynəlxalq arenada nümayiş etdirdik. Raket və minaatanlara qarşı tədbir sistemi “Korkut” C-RAM-ın uğurlu buraxılışlarını həyata keçirdik. Sahə sınaqlarında “Ejderha” (HPEM) sistemimizin PUA təhlükələrinə qarşı effektivliyini nümayiş etdirdik.

“Kalkan” 400-G HHM Radarımız ilk dəfə “Hisar-O” ilə həyata keçirilən uzun mənzilli atışlarda xidmət göstərdi. İlk “Alp” 100-G Aşağı Hündürlükdə Radar Sisteminin zavod qəbul sınaqlarını tamamladıq. “Murad” 100-A Burun Radarımızın döyüş təyyarəmizə inteqrasiya fəaliyyətini tamamladıq və istehsal fəaliyyətlərini davam etdirdik.

“Acar” 100-G Meşə Daxili Nəzarət Radarı və STR 200-G Raket Xəbərdarlığı Radarının inkişaf etdirmə işlərini tamamladıq. “Bayraktar TB2” ilə FULMAR 200-A SAR Podunun ilk uçuşu həyata keçirildi və ilk görüntü əldə edildi. Aktiv sensorlar vasitəsilə ölkəmiz üçün peyk görüntüləmə qabiliyyətini təmin edən “Göktürk-3” SAR Peyk Sistemi İnkişaf Etdirmə Layihəsini imzaladıq.

“T-Link” Hava Terminalı və yerüstü terminalın sistemlərə inteqrasiyasını uğurla başa çatdırdıq. ARTCOM 9681 V/UHF Hava Radiostansiyasının TB2 və “Akıncı” PUA-larına inteqrasiyasını tamamladıq. Sahil Təhlükəsizliyi Naviqasiya Sistemləri çərçivəsində istifadə edilən NAVTEX qəbuledici/ötürücü sistemlərinin milliləşdirilməsini uğurla başa çatdırdıq. ASELSAN-ın avionik texnologiyalarına sahib Milli Döyüş Təyyarəsi “Kaan” ilk uçuşunu həyata keçirdi.

ASELFLIR-500 kameramızı və “Tolun” idarəolunan sursatlarımızı “Anka III”ə inteqrasiya etdik və uğurlu atışlar həyata keçirdik. “Bayraktar Akıncı” zərbə PUA-sı ASELFLIR-500 ilə ilk atış sınağında dənizdəki hədəfi müvəffəqiyyətlə məhv etdi. “Tolun” sursatı Türkiyədə ilk dəfə eyni vaxtda həyata keçirilən dördlü atışda hədəflərini tam dəqiqliklə vurdu.

“Tolun” sursatının oyun dəyişdirici variantı olan İnfraqırmızı Axtarış Başlıqlı “Tolun” IIR uğurlu bir şəkildə “Akıncı” zərbə PUA-sından atıldı. “Akıncı” zərbə PUA-sı “Gözde” Tuşlama Dəsti ilə hədəfi dəqiq vurdu. İlk dəfə PUA-ya inteqrasiya olunmuş “Gergedan 4-U” REM Sistemini təhvil verdik.

ANTIDOT 2-U REM Podumuzun “Bayraktar TB2”yə inteqrasiyasını tamamladıq. Türkiyənin ilk Avtonom Sualtı Platforması “Deringöz”ün dalğıc sınaqlarını uğurla tamamladıq və ilk müqaviləsini imzaladıq. Dənizaltı Aşkarlama Sistemi “aselBOUY”un uğurlu atışları ilə birlikdə inkişaf etdirmə işlərini tamamladıq. Avtonom ZDV-ni ilk dəfə TEKNOFEST Adanada təqdim etdik.

ASAF 155 MOFA Ağıllı Çoxməqsədli Artilleriya Sursatı Başlığının inkişaf etdirmə işlərini tamamladıq. Mobil seysmik sensor “aselZone” SISMIK-T-nin inkişaf etdirmə fəaliyyətlərini başa çatdırdıq.

Çip dizayn araşdırmalarımız çərçivəsində inkişaf etdirdiyimiz və istehsal etməyə başladığımız CANIS, LEOP və FELIS detektorlarımızdan axtarış başlığı və elektro-optik sistemlərimizdə kritik alt komponentlər kimi istifadə etməyə başladıq. Türkiyənin ilk Kvant kompüteri TOBB Universitetində aparılan Kvant texnologiyaları işləri çərçivəsində hazırlandı.

Beynəlxalq Nailiyyətlərimiz

“Defense News Top 100” siyahısında 5 pillə yüksələrək, 42-ci yerdə qərarlaşdıq. Beynəlxalq genişləndirmə strategiyamız və istifadəçilərə yerli dəstək vermək vizyonumuz çərçivəsində 6 yeni ölkədə strukturlaşmamızı tamamladıq. Bu il 7 yeni ölkə ilə ixrac müqaviləsi imzaladıq və ixrac etdiyimiz ölkələrin sayını 92-yə çatdırdıq.

30 məhsulumuz üzrə ilk dəfə ixrac müqaviləsi imzaladıq. Məsələn, bu il istehsalına başladığımız öz sahəsində ən yaxşı performans göstərən kameramız ASELFLIR-500 üçün 14 ölkə ilə ixrac müqaviləsi imzaladıq. Platforma istehsalçıları vasitəsilə həm birbaşa ixracımızı, həm də dolayı ixracımızı 50%-dən çox artırdıq.

Korporativ İnkişafımız

“Borsa İstanbul” bazar dəyəri sıralamasına görə, ötənilki 7-ci yerlə müqayisədə bu il 6-cı yerə yüksəldik. Korporativ İdarəetmə reytinqimiz 9,49 ilə tarixi zirvəyə çatdı. “Ar-Ge” və kütləvi istehsal gücümüzü artırmaq üçün 400 milyon dolları aşan yeni investisiyalara başladıq. Türkiye “Ar-Ge 250” Araşdırmasında “Ar-Ge” layihələri sayında birinci olduq.

Yeni Sahibkarlıq dəstək proqramımız çərçivəsində 8 xarici müəssisəni və 1 daxili müəssisəni dəstək proqramına daxil etdik. Xaricdəki mühəndislərimizin qayıtması üçün həyata keçirdiyimiz “Next Big Move to Türkiye” proqramına müraciətlər ötən ilə nisbətən 4 dəfə artdı. Mindən çox əməkdaşımızın ali təhsil aldığı ASELSAN Akademiyasının əməkdaşlıq etdiyi universitetlərə Hacettepe Universiteti də qoşuldu.

“A Yetenek” namizəd mühəndislik proqramımızı üçüncü kurs tələbələrini də daxil etmək üçün genişləndirdik. ASELSAN Peşə və Texniki Anadolu Liseyi ilk məzunlarını verdi. CDP-də Su Təsərrüfatı üzrə “Lider” səviyyəsində xal aldıq. “Capital Dergisi”nin “Ən Böyük 500 Özəl Şirkət” araşdırmasının nəticələrinə görə, müdafiə sektorunda lider şirkət olduq.

TİM – “İnovaLİG” innovasiya resursları kateqoriyasında birinci mükafatı aldıq. ASELSAN “Universum” araşdırmasında 10-cu dəfə öz sahəsində “Ən Cəlbedici İşəgötürən” seçildi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   2024  


Bizi "telegram"da izləyin