TUSAŞ-ın hazırladığı hava platformalarını ASELSAN təchiz edəcək

2024/12/1734588307.jpg
Oxunub: 460     12:44     19 Dekabr 2024    
ASELSAN və TUSAŞ arasında hava platformaları faydalı yükləri çərçivəsində avionik, rabitə, radar, elektro-optika, radioelektron mübarizə, naviqasiya və idarəetmə sistemlərinin inkişaf etdirilməsi və tədarükü ilə bağlı müxtəlif müqavilələr imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın açıqlamasında bildirilib.

“ASELSAN və TUSAŞ arasında hava platformaları faydalı yükləri çərçivəsində avionik, rabitə, radar, elektro-optika, radioelektron mübarizə, naviqasiya və idarəetmə sistemlərinin inkişaf etdirilməsi və tədarükü ilə bağlı müxtəlif müqavilələr imzalanıb. Bu müqavilələr çərçivəsində tədarüklər 2024-2028-ci illər arasında həyata keçiriləcək. Müqavilələrin 329 milyon ABŞ dolları dəyərindəki hissəsi aktivləşdirilib”, - deyə açıqlamada qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TUSAŞ  


Bizi "telegram"da izləyin