Ordu.az xəbər verir ki, İSO və “SAHA İstanbul” arasında əməkdaşlıq çərçivəsində təşkil edilən 6-cı Müdafiə Sənayesi Görüşlərinə İSO sədri Erdal Bahçıvan, “SAHA İstanbul” sədr müavini və ROKETSAN-ın Baş direktoru Murat İkinci ev sahibliyi ediblər.
18 əsas podratçı şirkətin 70 masa ilə qatıldığı tədbirdə 690 İSO və SAHA İstanbul üzvü şirkət iştirak edib, 2436 ikitərəfli görüş keçirilib.
Həmçinin tədbirdə çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar Türkiyənin müdafiə sənayesi layihələrinə Avropa ölkələrindən böyük marağın olduğunu bildirib.
İkinci Türkiyə müdafiə sənayesinin ixracatında 2024-cü il hədəfinin 6,5 milyard dolları keçmək olduğunu ifadə edib.
Sevinc Əliyeva
Ordu.az