Banqladeşin Türkiyə istehsalı sistemlərə marağı davam edir

2024/12/2024--1734518014.jpg
Oxunub: 461     11:51     19 Dekabr 2024    
Banqladeş Çin istehsalı olan “Chengdu” J-10C döyüş təyyarələri və TUSAŞ-ın hazırladığı T-129 “Atak” hücum helikopterləri ilə maraqlanır.

Ordu.az xəbər verir ki, Banqladeş J-10C modelinin 16 ədədini ala bilər.

Çin istehsalı olan təyyarələrə maraq göstərən ilk ölkə olmayan Banqladeş hazırda birdən çox Türkiyə istehsalı sistemdən istifadə edir.

Bu kontekstdə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatı, TRG-230 və TRG-300 yaylım atəşli reaktiv sistemləri Banqladeşin inventarına daxildir.

Bundan əlavə, Banqladeş Hərbi Hava Qüvvələri 2018-ci ildə J-10C-nin döyüş təyyarələrinin satın alınmasında performansını yoxlamaq üçün Çinə nümayəndə heyəti göndərib.

Uzun illərdən sonra Banqladeş tərəfindən təyyarələrin alınması ilə bağlı heç bir inkişaf yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Türkiyə   J-10C  


Bizi "telegram"da izləyin