Ordu.az xəbər verir ki, Aİ Komissiyası “SpaceRISE” konsorsiumu ilə 290 peykdən ibarət çoxorbitli peyk internet sistemi IRIS üçün müqavilə imzalandığını açıqlayıb.
Açıqlamada bildirilib ki, Aİ yeni sistemi “SpaceRISE” konsorsiumu ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirəcək, yerləşdirəcək, işlədəcək və bu, Avropanın təhlükəsiz əlaqəsini təmin edəcək.
Açıqlamada IRIS-in uzunmüddətli çətinliklərə qarşı etibarlı, davamlı və qabaqcıl peyk bağlantısı təklif edəcəyi vurğulanıb.
IRIS-in istifadəçilərə qabaqcıl əlaqə xidmətləri təqdim edəcəyi və Aİ daxilində əlaqə boşluqlarını aradan qaldıracağı, sistemin Avropanın strateji muxtariyyətini və texnologiyasını dəstəkləyəcəyi qeyd edilib.
IRIS sisteminin həm orta, həm də aşağı orbitin üstünlüklərindən faydalanacağı, sistemin özəl şirkətlərə və vətəndaşlara yüksək sürətli genişzolaqlı internet xidməti təqdim edəcəyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az