Erməni ekspert: “Ən vacib vəzifə boşdur, bugünkü mühit lider yetişdirməyəcək”

2024/12/1734415609.jpg
Oxunub: 401     12:56     19 Dekabr 2024    
“Ən vacib vəzifə boşdur. Hakimiyyət sosial bazasını itirib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun həmtəsisçisi, erməni ekspert Vahe Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, sosial bazanın itirilməsi ilə bağlı xaotik prosesin siyasi imtinaya çevrilməsi üçün ölkədə boş olan çox vacib bir vəzifənin doldurulması lazımdır.

“Bu, vasitəçi, moderator vəzifəsidir. Bu, tarixdəki ən mühüm vəzifədir. Bu, konkret işdir, qara işdir, yeri gəlmişkən, mürəkkəbdir, amma bu, ən mühüm işdir, istəsəniz, bu tarixi mərhələnin əsl qəhrəmanıdır. Digər seçim daha asandır: gözləmək-lider icad etmək. Liderin doğulması yalnız və yalnız moderasiya mərhələsindən sonra mümkündür. Bugünkü mühit lider yetişdirməyəcək”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin