ABŞ İŞİD-lə mübarizə aparmaq üçün Suriyanın şərqində hərbi varlığını saxlayacaq

2024/09/09cc8-1727494870.jpg
Oxunub: 502     13:35     08 Dekabr 2024    
ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyanın şərqində hərbi mövcudluğunu saxlayacaq.

Ordu.az xəbər verir ki, bunu Bəhreynin paytaxtında Manama Dialoqu forumunda çıxışı zamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Daniel Şapiro deyib.

"Suriyadakı vəziyyət sürətlə inkişaf etdikcə, Birləşmiş Ştatlar böhrandan zərər görən regiondakı tərəfdaşlarının təhlükəsizliklərini təmin etmək niyyətindədir. Buna görə, onlarla sıx məsləhətləşmələr aparmağa davam edəcəyik. Bizim onlara sadiqliyimiz həmişəkindən daha güclüdür. Biz Suriyanın şərqində də mövcudluğumuzu davam etdirəcəyik - yalnız İŞİD üzərində yekun qələbə üçün, bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur” - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İŞİD  


Bizi "telegram"da izləyin