Ordu.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ronald Reyqan adına prezident fondu tərəfindən təşkil edilmiş forumda bildirib.
“Bu, hərbi, iqtisadi və diplomatik sahələrdə ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və açıq desək, məqsədinə malik olan yeganə dövlətdir. Biz bunun heç vaxt baş verməməsi üçün qətiyyətliyik”, – o qeyd edib.
Sallivanın sözlərinə görə, Çin növbəti 25 il üçün ABŞ-yə çağırışdır və Amerika hakimiyyəti buna hazırdır.
Ordu.az