Qəzza zolağında HƏMAS-a qarşı döyüş əməliyyatında ölən İsrail hərbçilərin sayı 809 nəfər olub

2024/01/1704258486.jpg
Oxunub: 457     09:16     08 Dekabr 2024    
Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı hərbçi ölüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı kapitan Abraham Ben Pinhas Qəzza zolağının cənubundakı Rəfahda tank əleyhinə raketlə öldürülüb.

Bu məlumatları nəzərə alsaq, Yaxın Şərq münaqişəsində həlak olan İsrail əsgərlərinin sayı ordunun mətbuat xidmətinin məlumatına görə, artıq 809 nəfər olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin