Cənubi Koreya prezidenti impiçmentdən yayınıb

2024/12/1733375491.jpg
Oxunub: 629     21:12     07 Dekabr 2024    
Cənubi Koreya parlamenti prezident Yun Sok-Yölə impiçment elan etmək üçün lazımi sayda səs toplaya bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İmpiçment proseduruna altı müxalifət partiyası başlayıb. Onların parlamentdə cəmi 192 yeri sahibdir, ona görə də qərar qəbul etmək üçün hakim "Vətəndaş Qüvvəsi" partiyasının ən azı səkkiz üzvünün dəstəyinə ehtiyac yaranıb.

Lakin parlamentin plenar iclasının başlamasına cəmi bir neçə dəqiqə qalmış "Vətəndaş Qüvvəsi" impiçmentə səs verməmək qərarına gəlib və onu boykot edib.

Nəticədə Yun Sok Yöl impiçmentdən yayınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin