Türkiyə kəşfiyyatı PKK liderinin yetişdirdiyi terrorçunu öldürüb

2024/12/1733586482.jpg
Oxunub: 580     19:30     07 Dekabr 2024    
Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "qadın qolu" sayılan PAJK-də "rəhbər" vəzifə tutan Mürvet Gülsever öldürülüb.

"Jiyan Herdem" kod adlı terrorçunun 1992-ci ildən təşkilatla əməkdaşlıq etdiyi bildirilir.

Məlumata görə, o, PKK lideri Abdullah Öcalandan silahla davranma və ideoloji təlimlər alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin