Cənubi Koreya prezidenti vaxtından əvvəl istefa verəcəyini vəd edib

2024/12/1733586245.jpg
Oxunub: 833     19:02     07 Dekabr 2024    
Cənubi Koreya prezidenti Yun Sok Yol vaxtından əvvəl istefa verəcəyini vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə hakim "Xalqın Gücü" partiyasının lideri Han Donq Hun bildirib.

"Prezident Yunun, taleyini partiyaya etibar etdiyinə dair sözləri əslində vəzifədən erkən istefa vermək öhdəliyidir", - o bildirib.

Onun sözlərinə görə, o, hələ də prezidentin hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyinə inanır. Amma partiyadaşları səsverməni boykot ediblər.

Qeyd edək ki, ölkənin Milli Assambleyası Yun Sok Yola impiçment elan etmək üçün lazımi sayda səs toplaya bilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin