Rusiya, Türkiyə və İran xarici işlər nazirləri tərəfləri Suriyada dialoqa çağırıb

2024/12/photo-1733578030.jpg
Oxunub: 330     16:49     07 Dekabr 2024    
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Dohada keçirilən görüşdə tərəfləri Suriyada dialoqa çağırıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Astana formatında keçirilən görüşün yekunları ilə bağlı bildirib.

Onun sözlərinə görə, Astana formatının iştirakçı ölkələri Suriyanın suverenliyinə sadiqliklərini təsdiqləyiblər.

Lavrov qeyd edib ki, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə imkan vermək olmaz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   İran  


Bizi "telegram"da izləyin