Cənubi Çin dənizində 3 ölkənin iştirakı ilə birgə təlim keçirib

2024/12/1733570071.jpg
Oxunub: 370     16:14     07 Dekabr 2024    
Filippin ordusu Çinin qəsdən Filippin gəmisini vurmasından sonra Cənubi Çin dənizində ABŞ və Yaponiya ilə birgə təlim keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Filippin Cənubi Çin dənizində ABŞ və Yaponiya ilə birgə təlim keçirildiyini açıqlayıb.

Filippin ordusunun verdiyi açıqlamada Cənubi Çin dənizindəki xüsusi iqtisadi zonada ABŞ və Yaponiya ilə dəniz manevri təşkil edildiyi bildirilib.

Təlimdə ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus P-8A “Poseidon” patrul təyyarəsi, Filippin HDQ-yə məxsus BRP “Andres Bonifacio” patrul gəmisi, Yaponiyaya məxsus C-90 tipli kiçik təyyarə və JS “Samidare” gəmisi iştirak edib.

Filippin Silahlı Qüvvələri və ABŞ-nin Hind-Sakit Okean Komandanlığı tərəfindən verilən açıqlamada təlimin beynəlxalq hüquq normalarına uyğun olaraq, naviqasiya təhlükəsizliyi, digər dövlətlərin hüquq və maraqları nəzərə alınmaqla həyata keçirildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin