Polşa “Homar-K” YARS-ını sınaqdan keçirib

2024/12/1733569980.jpg
Oxunub: 474     17:12     07 Dekabr 2024    
Polşa Silahlı Qüvvələri Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin Təlim Bölgəsində “Homar-K” Yaylım Atəşli Reaktiv Sistemi (YARS) ilə ilk döyüş atışlı raket sınaqlarını həyata keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Polşa Quru Qoşunları tərəfindən həyata keçirilən təlimlərdə “Homar-K” YARS-ı ilə ilk döyüş atışlı raket sınaqları uğurla həyata keçirilib.

“Homar-K” sistemi Cənubi Koreyanın K239 “Chunmoo” YARS-ının Polşaya uyğunlaşdırılmış versiyasıdır, milli “Jelcz” 882.57 8×8 şassisinə quraşdırılıb, “Topaz” atəşə nəzarət və rabitə sistemi ilə inteqrasiya olunub.

O, Polşa qüvvələrinə uzun mənzilli dəqiq atəş dəstəyi vermək və ölkənin potensial təhlükələrə qarşı müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub.

Təlimlərdə əsas diqqət döyüş hazırlığı və yeni silah texnologiyalarının mövcud hərbi strategiyalara inteqrasiyasına yönəldilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Homar   YARS  


Bizi "telegram"da izləyin