“Kale Jet Motorları” birjada yüksəkdən uçacaq

2024/12/1733562164.jpg
Oxunub: 602     14:01     08 Dekabr 2024    
“Kale Grubu” şirkətlərindən biri və Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan “Kale Jet Motorları” Türkiyə Sərmayə Bazarı Şurasına müraciət edib.

Ordu.az xəbər verir ki, 1957-ci ildə İbrahim Bodur tərəfindən qurulan “Kale Grubu” keramika sənayesində başlayan sənaye səyahətinə tikinti materialları, inşaat kimyəviləri, logistika, müdafiə və aviasiya sənayesi kimi bir çox sahədə 26 şirkət və 5500-dən çox işçi ilə davam edir.

1987-ci ildə “Euro Stinger” raket konsorsiumunun ortağı olaraq müdafiə və aerokosmik sənayeyə daxil olan “Kale Grubu” daha sonra milli və unikal sistemlər inkişaf etdirərkən, F-35 layihəsi kimi çoxmillətli müdafiə sənayesi layihələrində də iştirak edib.

2013-cü ildə Türkiyənin ilk turboreaktiv mühərrikini hazırlamaq üçün “Kale Arge” şirkətini qurub. Daha sonra birdən çox mühərrik hazırlayan və onları kütləvi istehsala buraxan “Kale Arge” şirkəti 2024-cü ilin dekabr ayından etibarən ticarət adını “Kale Jet Motorları Sanayi A.Ş.” olaraq dəyişdirib.

“Kale Jet Motorları” reaktiv mühərriklərin inkişafı, kvalifikasiyası və kütləvi istehsalını tamamilə yerli və milli resurslarla həyata keçirən lider şirkət kimi diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kale-Grubu  


Bizi "telegram"da izləyin