Milli Döyüş Təyyarəsi “Kaan” “afterburner”i işə saldı

2024/12/1733561766.jpg
Oxunub: 613     15:11     07 Dekabr 2024    
Türkiyə səmasındakı Qurtuluş Savaşı Milli Döyüş Təyyarəsi “Kaan”da mühüm bir mərhələ qeydə alınıb.

Ordu.az xəbər verir ki, təyyarənin mühərrikləri yerüstü sınaqlarda “afterburner” (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) sistemini işə salıb.

Gecə həyata keçirilən və alovu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

İki dəfə səma ilə qarşılaşan və texnologiya nümayişi təyyarəsi kimi dizayn edilən ilk prototip əvvəllər “afterburner” istifadə etmədən havaya qalxmışdı.

Üçüncü sınaq uçuşu üçün işlər davam edərkən, mühərrik baxımından daha bir çox vacib addım atılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin