“Eurofighter” döyüş təyyarəsi ECRS radarı ilə ilk sınaq uçuşunu həyata keçirib

2024/12/1733560203.jpg
Oxunub: 370     16:29     07 Dekabr 2024    
Avropa Ümumi Radar Sistemi (ECRS) “E-Scan” radarı ilə təchiz edilmiş İspaniyanın “Eurofighter Typhoon” təyyarəsi ilk sınaq uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, “Airbus” tərəfindən verilən açıqlamada hansı ECRS variantının sınaqdan keçirildiyi bildirilməsə də, onun İspaniya və Almaniya parkları üçün nəzərdə tutulmuş “ECRS Mk 1” olduğu düşünülür.

“Mk1” “Hensoldt”, “Indra” və “Leonardo” tərəfindən birgə hazırlanan, Küveyt və Qətərin “Eurofighter” parkına inteqrasiya olunan əsas “Mk0” kimi əvvəlki sistemləri təkmilləşdirən yeni variantdır.

Bu arada, “Mk1” çoxkanallı qəbuledici, daha geniş baxış sahəsi, təkmilləşdirilmiş hədəf tanıma və təkmilləşdirilmiş aşkarlama mənzili kimi radioelektron mübarizə imkanlarını təmin edən təkmilləşdirmələrlə təchiz olunub.

Radar İspaniyanın EF-18 “Hornet”lərini əvəz etmək məqsədi daşıyan “Halcon” layihəsi çərçivəsində İspaniyanın “Eurofighter Typhoon”larının son partiyasına quraşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   ECRS  


Bizi "telegram"da izləyin