Ordu.az xəbər verir ki, ŞKTR Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətlərini artırdığını bəyan edərək, bunun bölgədə zərif tarazlıqların dəyişdirilməsi təhlükəsi yaratdığını qeyd edib.
Açıqlamada Cənubi Kiprin son zamanlar ABŞ kimi ölkələrin dəstəyi ilə qurduğu strateji tərəfdaşlıqlar sayəsində silahlanma fəaliyyətlərini artırdığı vurğulanıb.
Açıqlamada xatırladılıb ki, son vaxtlar Cənubi Kiprin İsrailin hava hücumundan müdafiə sistemini Cənubi Kiprin müdafiə sisteminə daxil etmək və NATO-ya üzv olmaq cəhdləri ilə bağlı mətbuatda xəbərlər yer alıb.
Sevinc Əliyeva
Ordu.az