Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

2023/12/65802-1702897069.jpg
Oxunub: 408     19:45     06 Dekabr 2024    
Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili D.Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, bu Baltikyanı dövlətdə rus tarixi-mədəni irsinin növbəti dağıdılması dalğası ilə bağlı latviyalı diplomata kəskin etiraz bildirilib.

Söhbət, xüsusilə, hərbi lider M. Barklay de Tollinin abidəsinin, A.S.Puşkinin xatirə lövhəsinin və A.Kernin büstünün sökülməsindən gedir. D.Rutkaya bildirilib ki, latviyalı rusofobların qeyd olunan bədxah əməlləri qəbuledilməzdir.

Rusiya tərəfi YUNESKO və digər müvafiq beynəlxalq qurumları bu cür vəhşi hərəkətləri pisləməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Rusiya  


Bizi "telegram"da izləyin