AEBA rəhbəri: "İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır"

2024/05/1716269807.jpg
Oxunub: 388     19:25     06 Dekabr 2024    
İran əvvəllər ayda 60%-ə qədər zənginləşdirmə ilə təxminən beş-yeddi kiloqram uran istehsal edirdi, indi isə bu miqdar xeyli artıb.

Ordu.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi "Reuters" ə bildirib.

Onun sözlərinə görə, AEBA bu gün İranın nüvə silahı əldə etmə səviyyəsinə yaxın olan 60%-ə qədər saflıqda zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətində dramatik artımı elan edir.

"İran ayda təxminən 5-7 kq sürətlə 60%-ə qədər zənginləşdirilmiş uran istehsal edirdi, indi bu yeddi, səkkiz dəfə, bəlkə də, daha çox olacaq", - Qrossi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin