Şimali Koreyadan Rusiyaya böyük gücləndirmə: “Şəhəri sarsıdan raket buraxılış qurğuları”

2024/12/1733484594.jpg
Oxunub: 772     19:29     04 Dekabr 2024    
Şimali Koreya hökuməti Ukrayna ilə mübarizəni davam etdirən Rusiyaya dəstəyini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Müharibə boyu ən yaxın müttəfiqini dəstəkləmək üçün raketlər və hərbi qulluqçular göndərən Şimali Koreya ağır sursat tədarükünə “şəhəri sarsıdan raket buraxılış qurğuları” əlavə edib.

Şimali Koreyadan göndərilən M1991-lər gücü azalan Rusiya raket qüvvələri üçün mühüm gücləndirici deməkdir.

Şimali Koreya ordusu M1991-ləri iki Koreya arasındakı Hərbisizləşdirilmiş Zona boyunca dağ xəndəklərində saxlayır. Rusiya qoşunları müharibə boyu dəfələrlə Ukrayna vətəndaşlarına qarşı Şimali Koreyanın sursatlarından istifadə edib.

Şimali Koreyanın son aylarda bölgəyə 10 mindən çox hərbi qulluqçu göndərməsi Rusiya-Ukrayna müharibəsində yeni bir dövrü başladıb.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Rusiya  


Bizi "telegram"da izləyin