İstanbulda İŞİD əməliyyatı: 12 nəfər saxlanılıb

2024/11/1730787226.jpg
Oxunub: 389     13:00     06 Dekabr 2024    
Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.

Ordu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatının fəaliyyətlərini ifşa etmək məqsədilə apardıqları araşdırmalarda münaqişə bölgələrindəki silahlı təşkilatlarla əlaqəsi olan İŞİD üzvü şübhəlilərin kimliyini və ünvanlarını müəyyən edib.

Məlumata əsasən, Türkiyədə terror aktı hazırlığında ola biləcəkləri nəzərə alınan 12 şübhəli eyni vaxtda təşkil edilən əməliyyat zamanı yaxalanıb. Ünvanlarda aparılan axtarışlarda bir ədəd lisenziyasız tapança, 13 güllə və çoxsayda rəqəmsal material götürülüb.

Qeyd edilib ki, şübhəlilər ifadələri alınmaq üçün polis idarəsinə aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin