Cənubi Koreyada 10 zabitə ölkəni tərk etmək qadağan olunub - YENİLƏNİB

2024/12/1733460082.jpg
Oxunub: 556     13:11     06 Dekabr 2024    
Cənubi Koreyanın hərbi prokurorluğu hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar 10 zabitə ölkəni tərk etməyi qadağan edib.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən Yonhap agentliyi məlumat yayıb.

"Hərbi prokurorluq Ədliyyə Nazirliyindən hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar qiyam hazırlamaqda ittiham olunan və ya bunda əli olan şəxslər üçün təcili olaraq ölkədən çıxış qadağası tətbiq etməyi xahiş edib", - agentlik bildirib.

Qeyd edək ki, Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-ü axşam hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bir neçə saat sonra parlament onun ləğvinə səs verib. Daha sonra ölkə lideri öz qərarını ləğv edəcəyinə söz verdikdən sonra Nazirlər Kabineti onu dəstəkləyib. Bütün bu hadisələr altı saatdan az müddətdə baş verib.

Müxalifət dekabrın 4-də Prezidentin impiçment proseduruna başlayıb, daha sonra dövlət başçısına qarşı araşdırma başlanıb.

***

Cənubi Koreya Müdafiə Nazirliyi ölkədə hərbi vəziyyət elan etmək cəhdində iştirak edən üç komandanın səlahiyyətlərini dayandırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   MN  


Bizi "telegram"da izləyin