Cənubi Koreya prezidentinin reytinqi 13%-ə düşüb

2024/12/1733460400.jpg
Oxunub: 334     09:46     06 Dekabr 2024    
Cənubi Koreya lideri Yun Sok Yöl ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra onun reytinqi 13%-ə qədər düşüb.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi “Gallup” sosioloji şirkətinin sorğusuna istinadən məlumat yayıb.

Prezidentin populyarlığı altı faiz bəndi azalıb ki, bu da onun 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

Sorğu dekabrın 3-dən 5-dək ölkədə 1001 yetkin şəxs arasında keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin