İsveç hərbi infrastruktura 735 milyon dollardan çox sərmayə qoyacaq

2024/03/2024--1711459508.jpg
Oxunub: 392     00:19     06 Dekabr 2024    
İsveç hökuməti hərbi infrastrukturun tikintisinə 8 milyard kron (735 milyon ABŞ dollarından çox) investisiya qoymaq qərarına gəlib.

Ordu.az-ın xəbərinə görə, bu barədə hökumət dəftərxanasından məlumat verilib.

Məlumata görə, Silahlı Qüvvələrin güclü artımı ilə əlaqədar olaraq anbar və talvarların sayının artırılmasına ehtiyac yaranıb və ayrılan vəsait də məhz buna yönələcək.

Bildirilir ki, tikinti 2025-ci ildən 2030-cu ilə qədər olan dövrdə bütün ölkə ərazisində aparılacaq.

“Fortifikasiya İdarəsinə sərmayə İsveçin müdafiə qabiliyyətini yaxşılaşdırmaq üçün davam edən işlərinin bir hissəsidir. Qurum Silahlı Qüvvələrin əldə etdiyi bütün avadanlıqları anbarda saxlamaq və qorumaq üçün ölkə daxilində yeni binalar əldə edir, təmir və inşa edir”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Hərbi-infrastruktur  


Bizi "telegram"da izləyin