Türkiyə TŞ: Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin müxalifətə güzəştə getməsinin zəruriliyini göstərdi

2024/07/1721926234.jpg
Oxunub: 491     21:55     05 Dekabr 2024    
Suriyada baş verən son hadisələr Dəməşq hakimiyyətinin xalq və müxalifətə güzəştə getməsini bir daha göstərdi.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatında deyilir.

Bildirilib ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına hər zaman güclü dəstək verib və irəlidəki zamanda lazım olan səylər göstərməyə də hazırdır:

“Qeyri-sabitlik mühitindən istifadə etməyə çalışan terror təşkilatlarına imkan verilməyəcəyi, milli təhlükəsizliyimizə və xalqımıza qarşı hər bir təhlükənin aradan qaldırılacağı vurğulanıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə    


Bizi "telegram"da izləyin