Türkiyə son bir həftədə 53 terrorçu zərərsizləşdirib

2024/02/1707721964.jpg
Oxunub: 488     18:48     05 Dekabr 2024    
İraq və Suriyanın şimalında son bir həftə ərzində 53, ilin əvvəlindən bəri isə 2 min 664 terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Terrorla mübarizəsini fasiləsiz davam etdirən Türkiyə Silahlı Qüvvələri son bir həftədə 53, 1 yanvar tarixindən etibarən isə İraqın şimalında 1 392, Suriyanın şimalında isə 1 272 olmaqla, ümumilikdə 2 min 664 terrorçunu zərərsizləşdirib.

Eyni zamanda, İraqın şimalındakı "Pençe-Kilit" əməliyyatı bölgəsində davam edən axtarış tədbirləri çərçivəsində terrorçulara məxsus çox sayda silah, sursat və avadanlıq ələ keçirilib", - açıqlamada bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terrorçu  


Bizi "telegram"da izləyin