NATO Baş katibi ilə Zelenski arasında telefon danışığı olub

2024/12/1733411985.jpg
Oxunub: 431     19:01     05 Dekabr 2024    
NATO-nun Baş katibi Mark Rutte ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Rutte “X” platformasındakı paylaşımında bildirib.

“Buhəftəki NATO xarici işlər nazirləri toplantısının nəticələrini müzakirə etmək üçün Prezident Zelenski ilə telefon danışığımız oldu. Bizim prioritetimiz Ukraynaya daha çox sürətli dəstək verməkdir. Eyni zamanda, onu daha çox sursatla təmin etməkdir", - Rutte qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   Zelenski  


Bizi "telegram"da izləyin