Ordu.az-ın “TVP Info”ya istinadən xəbərinə görə, Pavel Vronski bunu ölkəsinin Sankt-Peterburq şəhərindəki diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmasına cavab kimi dəyərləndirib.
Xatırladaq ki, bu vaxta qədər Rusiyanın baş konsulluqları Polşanın Krakov, Poznan və Qdansk şəhərlərində fəaliyyət göstərib. Dekabrın 5-də rəsmi Moskva Polşaya Sankt-Peterburqdakı diplomatik nümayəndəliyin bağlandığı barədə nota yollayıb. Sənəddə bildirilib ki, Polşa Konsulluğu 2025-ci il, yanvarın 10-dək işini yekunlaşdırmalıdır. Hazırda Polşanın Rusiyada iki baş konsulluğu fəaliyyət göstərir. Bu ölkədə yaşayan polyakların sayı isə 47 min nəfərə yaxındır.
Ordu.az