Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır

2024/02/1707121588.jpg
Oxunub: 423     16:46     05 Dekabr 2024    
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır.

Ordu.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Moskva Poznandakı RF Baş konsulluğunun bağlamasına cavab tədbiri olaraq Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun bağlanması barədə nota ilə Varşavanı xəbərdar edib.

Rusiya XİN Polşa tərəfinə Varşavanın istənilən qeyri-dost addımına sərt cavab verəcəyini bildirib.

Bundan əlavə, Rusiya Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunda çalışmış üç polşalı diplomatı persona nonqrata elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Polşa  


Bizi "telegram"da izləyin