ATƏT-in iclasında iştirak edən Ukrayna XİN başçısı Lavrovun çıxışından əvvəl zalı tərk edib

2024/12/1733314919.jpg
Oxunub: 317     15:29     05 Dekabr 2024    
ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun çıxışından öncə zalı tərk edib.

Ordu.az-ın “unian“a istinadən xəbərinə görə, çıxışının sonunda isə o, S.Lavrovu "hərbi cinayətkar" adlandırıb.

Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar da Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Lavrov  


Bizi "telegram"da izləyin