Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil “hava-yer” raketi “Stand-In Attack Weapon”ın (SiAW) ilk sınaqlarını uğurla həyata keçirib.
Raketin təyyarədən təhlükəsiz şəkildə ayrılmasını müşahidə etmək məqsədilə həyata keçirilən sınaqlar raketi inkişaf etdirmə mərhələsində layihənin gələcək gedişatını müəyyən etmək üçün mühüm sınaq mərhələsini təşkil edib.
ABŞ-nin Florida ştatından verilmiş əmrlə gerçəkləşdirilən sınaq atışı Meksika körfəzi üzərində həyata keçirilib.
Sınaq prosesində yeni hazırlanmış məhsulların sınaqdan keçirilməsi üçün xüsusi olaraq təyin edilmiş 40-cı Uçuş Sınaq Eskadrilyasına məxsus F-16 döyüş təyyarəsindən istifadə edilib.
F-16-nın “SiAW” sınaqlarında istifadəsi həm də raket və təyyarənin sistem inteqrasiyasının uyğunluğunu yoxlamaq imkanı verib.
Sevinc Əliyeva
Ordu.az