ASELSAN HAVELSAN və TUSAŞ ilə yeni əməkdaşlığa başlayır

2024/12/1733389232.jpg
Oxunub: 365     15:23     05 Dekabr 2024    
ASELSAN ilə HAVELSAN-TUSAŞ arasında hava platformaları üçün dost-düşmən tanıma, naviqasiya və rabitə sistemlərinin tədarükü çərçivəsində 84 milyon dollarlıq müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesi sahəsində lider şirkətlərindən biri olan ASELSAN HAVELSAN və TUSAŞ ilə yeni əməkdaşlığını açıqlayıb.

Söz mövzusu əməkdaşlığı İctimaiyyəti Məlumatlandırma Platforması kimi tanınan KAP vasitəsilə elan edən ASELSAN Türkiyə Silahlı Qüvvələrinə müxtəlif sistemlər təqdim etmək üçün HAVELSAN və TUSAŞ ilə bir araya gəlib.

Ümumi dəyəri 84.044.241 ABŞ dolları olaraq açıqlanan müqavilənin Türkiyə Silahlı Qüvvələrinin yerli və milli məhsul potensialına töhfə verməsi gözlənilir.

Həm xarici, həm də daxili müdafiə sahəsində irəliləyişlərə imza atan bu şirkətlərin ortaqlığı Türkiyə müdafiə sənayesinin irəliləməsi baxımından hərbi və müdafiə sahələrində yeniliklərin sürətləndirilməsi istiqamətində mühüm addım kimi önə çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   HAVELSAN   TUSAŞ  


Bizi "telegram"da izləyin