ABŞ Kosmik Qüvvələri Tokiodakı hərbi bazada qoşun yerləşdirib

2024/12/1733388397.jpg
Oxunub: 865     11:46     06 Dekabr 2024    
ABŞ Kosmik Qüvvələri qarşılıqlı çəkindirmə imkanlarını artırmaq üçün Yaponiyanın paytaxtı Tokiodakı bazada bölmə yaradıb.

Ordu.az xəbər verir ki, Çinin Hind-Sakit okeanda nüfuzunu artırması və Şimali Koreyanın raket təhdidləri qarşısında Yaponiya müttəfiqi ABŞ ilə hərbi koordinasiyasını gücləndirir.

ABŞ Kosmik Qüvvələrinin Hind-Sakit okean komandiri briqada generalı Entoni Mastalir keçirdiyi mətbuat konfransında Tokiodakı “Yokota” aviabazasında kosmos fəaliyyətlərinə cavabdeh bir bölmə qurduqlarını açıqlayıb.

“Şimali Koreya və Rusiya kimi davam edən təhdidlərlə yanaşı, Çin Hind-Sakit okean regionunda sabitliyi təhdid etmək üçün qeyri-qanuni, məcburedici və aqressiv taktikalardan istifadə edir”, - deyə amerikalı general bildirib.

Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, hərbi birlik Yaponiya Hava Özünümüdafiə Qüvvələri ilə problemsiz koordinasiyaya nail olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tokio   Aviabaza  


Bizi "telegram"da izləyin