ABŞ-nin Çinə tətbiq etdiyi məhdudiyyətlərdən sonra Niderlandın çip istehsalçısı ASML ilk açıqlamanı yayıb

2024/12/1733386826.jpg
Oxunub: 378     10:29     06 Dekabr 2024    
Yarımkeçirici sənayesini çip istehsal edən maşınlarla təmin edən Niderlandın texnologiya nəhəngi ASML ABŞ-nin Çinə yeni ixrac məhdudiyyətləri elan etməsinə baxmayaraq, proqnozlarını dəyişməyib.

Ordu.az xəbər verir ki, Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri texnologiyanın hərbi məqsədlər üçün istifadəsinin qarşısını almağa çalışarkən, Vaşinqton bazar ertəsi Çinin aparıcı çip şirkətləri də daxil olmaqla, 140 şirkətə yeni məhdudiyyətlər elan edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar ABŞ-nin dünya üzrə aparıcı texnologiyalarını və “nou-hau”larını fəal şəkildə qorumaq üçün müttəfiqləri ilə çalışacaq.

Niderlandın çip istehsalçısı ASML yüksək səviyyəli DUV çip istehsal maşınlarının ixracının da ABŞ məhdudiyyətlərindən təsirlənəcəyini, lakin bunun şirkətin mənfəətinə təsir etmədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   ASML  


Bizi "telegram"da izləyin