“Çelik Kubbe”nin ən əhəmiyyətli infrastrukturlarından biri TSQ-nin Bulud Hesablama Sistemi Layihəsi ilə hazırlanır” - Görgün

2024/12/1733386759.jpg
Oxunub: 418     12:28     06 Dekabr 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün “Çelik Kubbe”nin ən əhəmiyyətli infrastrukturlarından birinin imzalanan Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi Layihəsi ilə hazırlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi ilə MSK arasında “Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi Layihəsi” əməkdaşlığına dair imzalanma mərasimi keçirilib.

İmzalanan Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi Layihəsi ilə Silahlı Qüvvələrin ehtiyac duyduğu serverlər, saxlama sistemləri və şəbəkə infrastrukturlarının qarşılanması gözlənilir.

Mövzu ilə bağlı açıqlama verən Türkiyə MSK sədri layihənin Türkiyənin qarşıdakı illərdə hava hücumundan müdafiə sistemi qalxanı olaraq istifadə edəcəyi “Çelik Kubbe”nin ən mühüm infrastruktur komponentlərindən biri olduğuna diqqət çəkib.

Türkiyə ətrafında və dünyada ortaya çıxan risklərə, təhdidlərə və mövcud qeyri-müəyyənliklərə diqqət çəkən Türkiyə Baş Qərargah rəisi Metin Gürak Türkiyənin baş verənlər qarşısında güclü və çəkindirici gücə sahib olmasının lazım olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Görgün informasiya təhlükəsizliyinin təmin edilməsinin ən mühüm məsələlərdən biri olduğunu bildirib.

“İndi texnologiyanın inkişafı ilə konvensional sistemlər və müharibələr əvəzinə rəqəmsal infrastrukturlara və məlumat manipulyasiyalarına əsaslanan bir çox təhdidlər və müharibələr ortaya çıxmağa başlayıb. İnformasiya texnologiyaları inkişaf etdikcə və istehsal olunduqca, rəqəmsallaşma sürəti kimi, informasiya istehsalının sürəti də təbii olaraq dəyişir. Son zamanlar informasiya istehsalının artması və bu məlumatların qorunması strateji məsələyə çevrilir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin