Ordu.az xəbər verir ki, Avropadakı son “MiQ-21”lər istismardan çıxarılıb.
Xorvatiya Müdafiə Nazirliyi hərbi aviasiyada bir dövrün başa çatdığını elan edərək, hava məkanının qorunmasında əhəmiyyətli keçid elan edib.
30 ildən artıqdır xidmətdə olan məşhur “MiQ-21”lərin istismardan çıxmasından sonra hava məkanının mühafizəsi missiyası (Hava Polisliyi) müvəqqəti olaraq İtaliyanın EF-2000 və Macarıstanın “Gripen” döyüş təyyarələri tərəfindən yerinə yetiriləcək.
Bu addım “MiQ-21”in köhnəlməsinə və 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlinə əməliyyat qabiliyyətli olaraq yerləşdiriləcəyi gözlənilən yeni “Rafale” qırıcılarının xidmətə daxil olmasına cavabdır.
Sevinc Əliyeva
Ordu.az