Ordu.az xəbər verir ki, bu barədə “Airbus Helicopters”in açıqlamasında bildirilib.
Açıqlamaya görə, Macarıstan Müdafiə Qüvvələri H225M “Caracal” ümumi məqsədli helikopterlərinin yeni partiyasını təhvil alıb.
Macarıstanın Solnok şəhəri yaxınlığındakı aviabazaya təhvil verilən 2 yeni helikopterlə Macarıstanın helikopter parkındakı H225M “Caracal” helikopterlərinin ümumi sayı 12-yə çatıb.
Macarıstan helikopter parkının modernləşdirilməsi çərçivəsində 2018-ci ilin dekabrında “Airbus Helicopters”dən 16 ədəd H255M helikopterinin alınması üçün müqavilə imzalayıb.
Bu çərçivədə ilk tədarüklər 2023-cü ilin iyul ayında “Szolnok” aviabazasına təhvil verilən 2 helikopterlə başlayıb və 2024-cü ilin noyabr ayından etibarən ümumilikdə 12 ədəd helikopter parka qoşulub.
Sevinc Əliyeva
Ordu.az