“Kale Arge” adını “Kale Jet Engines” olaraq dəyişdirib

2024/12/1733385861.jpg
Oxunub: 505     16:03     05 Dekabr 2024    
Türkiyənin “Kale Arge” şirkəti adını “Kale Jet Engines” olaraq dəyişdirib.

Ordu.az xəbər verir ki, şirkət yeni korporativ kimliyi ilə raket mühərrikləri sahəsində Türkiyənin lider şirkəti olmağa davam edəcək.

Türkiyənin raket mühərriklərinin beynəlxalq aləmdə marketinq fəaliyyətləri üçün dönüş nöqtəsi olaraq qiymətləndirilən yeni ad şirkətin fəaliyyət sahələrini daha aydın şəkildə əks etdirir.

Bu günə qədər “Kale Jet Engines” tərəfindən KTJ-3200, KTJ-1750 və KTJ-3700 adlı üç fərqli turboreaktiv raket mühərriki hazırlanıb. Türkiyənin ilk yerli və milli raket mühərriki olan KTJ-3200 “Atmaca” Gəmi Əleyhinə Raketini gücləndirir.

“Çakır” qanadlı raketinə güc verən KTJ-1750 kiçik çapına baxmayaraq, yüksək təkan gücü ilə yenilikçi dizayn olaraq diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kale-Jet-Engines  


Bizi "telegram"da izləyin