Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti 1,69 milyard dollar qarşılığında 745 ədəd AIM-120C-8 AMRAAM və 1,77 milyard dollar qarşılığında 821 ədəd AGM-158B-2 JASSM-ER-ə əlavə olaraq bu satışını da mart ayında təsdiqləyib.
Polşa Müdafiə Nazirliyinin katibi Pavel Beyda bildirib ki, “Raytheon”un qısa mənzilli “hava-hava” raketi Polşa Hərbi Hava Qüvvələrinin hazırkı və gələcək təyyarələrini silahlandıracaq.
Polşa Hərbi Hava Qüvvələrinin F-16 C/D “Blok 52+”, T-50 və bir cüt F-35 də daxil olmaqla, bir sıra döyüş təyyarələri var və ölkə yaxın gələcəkdə bu təyyarələrdən daha 32 ədəd alacaq.
Raketin tədarükünün 2028-2030-cu illər arasında başlanması, ehtiyat hissələri, logistika və təlim paketləri kimi tamamlayıcı komponentləri də əhatə etməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az