İtaliyanın kiçik müdafiə şirkətləri hərbi xərclərin artması ilə yüksəlib

2024/12/1733380060.jpg
Oxunub: 337     14:57     05 Dekabr 2024    
Yeni hesabata görə, İtaliyanın kiçik ailə biznesləri ölkənin nəhəng dövlət şirkətlərindən və ya İtaliya bazarındakı xarici oyunçulardan daha gəlirli və daha sürətli böyüyür.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.

Ailə biznesləri uzun müddət İtaliya kapitalizminin onurğa sütunu olub, ölkəni dünyanın səkkizinci ən böyük istehsal gücünə çevirib və İtaliyanın “Mediobanca” bankının hesabatı bu şirkətlərin müdafiə sektorunda daha yaxşı performans göstərdiyini ortaya qoyur.

Hesabata görə, İtaliyanın müdafiə sənayesinin nisbətən kiçik bir hissəsini (6,3 milyard avro və ya 6,6 milyard dollar) təşkil edən orta ölçülü ailə şirkətləri ötən il 12,2 faizlik Faiz və Vergidən Əvvəlki Mənfəət marjasına nail olublar ki, bu da ölkə üzrə orta göstərici olan 6,2 faizdən iki dəfə çoxdur.

Gəlirlilik ölçüsü olan Faiz və Vergidən Əvvəlki Mənfəət marjasında kiçik kiber şirkət “DEAS - Difesa e Analisi Sistemi” 54 faiz marja ilə birinci yeri tutub.

İkinci yeri 44,5 faiz marja ilə 1977-ci ildən dəniz elektronikası sektorunda fəaliyyət göstərən ailə şirkəti “GEM Elettronica” tutub.

Ailə şirkətləri 2023-cü ildə 29,2 faiz artım qeydə alaraq, artım baxımından dövlət şirkətlərini və xarici kapital şirkətlərini üstələyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Hərbi-xərc  


Bizi "telegram"da izləyin