“Past”: Qərb Ermənistana qarşı “pul bizdən, ölmək sizdən” prinsipini rəhbər tutur

2024/12/1733379912.jpg
Oxunub: 487     15:04     06 Dekabr 2024    
İnteqrasiya prosesləri müasir beynəlxalq münasibətlərin xarakterik cəhətlərindən biridir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, ümumiyyətlə, müasir çağırışlar və əməkdaşlıq şərtləri qlobal və regional səylərin birləşməsini tələb edir.

“Buna görə də bir çox birləşdirici platforma müxtəlif problemləri həll etmək imkanı verir. Məsələn, iqtisadi platformada inteqrasiya birliklərinin uğurlu nümunələri var. Həmin misallardan ən qabarıq olanı vaxtilə bir çoxu ilə kəskin münaqişələr yaşayan Avropa ölkələrini ümumi iqtisadi dam altında toplaya bilmiş Avropa İttifaqıdır (Aİ). Amma Aİ platforması bütün Avropa ölkələri üçün faydalı deyil. Aİ-dən xarici əlaqələr üzrə sözçü Piter Stano vasitəsilə Ermənistanın Aİ-yə üzvlük üçün ərizə verə biləcəyini bəyan edirlər. Amma aydındır ki, Aİ Cənubi Qafqaz ölkələrini öz üzvlüyünə daxil etmək barədə qərar verməyib, əks halda, ən azından Gürcüstanın timsalında biz üzvlük prosesini görərdik. Təhlil göstərir ki, Cənubi Qafqaz yalnız bufer zona kimi nəzərdən keçirilir, həmin ölkələrlə hansı “ukraynalaşma”nın baş verəcəyindən asılı olmayaraq, Avropanın təsiri, daha dəqiq desək, maraqlar qorunmalıdır. Yəni Qərb, belə demək mümkündürsə, “pul bizdən, ölmək sizdən” prinsipini rəhbər tutur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin