Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışından keçir

2024/12/1733376747.jpg
Oxunub: 329     07:33     05 Dekabr 2024    
Qazaxıstan Hərbi Dəniz Qüvvələri yeni təlim dövrünün başlaması ilə genişmiqyaslı döyüş hazırlığı yoxlanışına cəlb olunub.

Ordu.az Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Aktau qarnizonunda 1500-ə yaxın hərbi qulluqçu, o cümlədən dəniz piyadaları həyəcan siqnalı ilə qaldırılaraq ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hərbi gəmilərin bazasında döyüş hazırlığı üzrə müxtəlif aspektlər, o cümlədən təxribat əleyhinə tədbirlər və taktiki əməliyyatlar sınaqdan keçirilib. Gəmilərin ekipajları döyüş şəraitinə yaxın şəraitdə səmərəli fəaliyyət göstərərək Xəzər dənizində hərbi təlimlərdə iştirak ediblər.

Desant-hücum batalyonunun dəniz piyadaları yüksək döyüş hazırlığı nümayiş etdirib. Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri geniş ssenarilər əsasında yoxlanılır, bu da şəxsi heyətin fövqəladə hallarda operativ fəaliyyət bacarıqlarını artırmağa yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   HDQ   Təlim  


Bizi "telegram"da izləyin