Sloveniya XİN rəhbəri: Hazırda Kiyevin NATO-ya tam üzvlüyü mümkün deyil

2024/12/1733375815.jpg
Oxunub: 380     05:46     05 Dekabr 2024    
“Kiyevin NATO-ya tam üzvlüyü hazırda mümkün deyil, lakin Ukrayna gələcəkdə NATO-ya daxil olacaq”.

Ordu.az xəbər verir ki, bu fikri Sloveniyanın xarici işlər naziri Tanya Fajon vurğulayıb.

“Hesab edirəm ki, hazırda şərait tamhüquqlu üzvlük üçün hələ yetişməyib. Lakin məsələ Ukraynanın NATO-ya üzv olub-olmayacağı deyil, məsələ nə vaxtdır. Bu, dönməz prosesdir”, - deyə, o bildirib.

Nazir həmçinin Qərbi Balkanların strateji əhəmiyyətini və NATO-nun yeni rəhbərliyi altında regiona diqqətin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, alyansın yeni baş katibi Mark Rutteni mümkün qədər tez Balkanlara səfər etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   NATO  


Bizi "telegram"da izləyin